Əməkdaş gəldi.Sistem artıq bilir.

Əməkdaş iş yerinə çatanda telefonundakı ILEN tətbiqində «Giriş et» düyməsinə toxunur. Sistem məkanı və vaxtı təsdiqləyir, gecikmələr, cərimələr və əmək haqqı avtomatik hesablanır.

Əlavə avadanlıq tələb olunmurQısa müddətdə istifadəyə verilir
ILEN tətbiqində əməkdaşın əsas ekranı: «Giriş et» düyməsi və son əməliyyatlar
Bu gün, canlı4 nəfər işdədir
Sevinc Süleymanova28 May filialı
Vaxtında
Nərmin ƏliyevaNərimanov filialı
Vaxtında
Rəşad Quliyev28 May filialı
Vaxtında
Günay MəmmədovaXətai filialı
Vaxtında
Elvin HəsənovNərimanov filialı
7 dəq gecikib

Üç mərhələdə istifadəyə başlayın

Barmaq izi cihazı, kart və kabel tələb olunmur. Əməkdaşın öz telefonu kifayətdir.

1

Filiallar xəritədə qeyd olunur

2

Əməkdaş tətbiqdə qeydiyyat edir

3

Hesabatlar avtomatik hazırlanır

Ətraflı

Rəhbər hər şeyi bu anda görür

Kim gəldi, kim gecikdi, hansı filialda nə baş verir — admin panelində, canlı.

QeydlərHər giriş və çıxış saniyəsi, filialı və vaxtında olub-olmaması ilə.
AnalitikaDavamiyyət, gecikmə, cərimə və işlənmiş saat — filiallar üzrə.
ƏməkdaşlarKim işdədir, kim çıxıb, kim istirahətdədir — bir baxışda.
Admin paneli: Qeydlər

Tətbiqin ekranları

Əməkdaş və rəhbərlik üçün ayrıca panellər. Ekranlar nümunə şirkətin məlumatları ilə göstərilib.

Əməkdaşın ekranı: «Giriş et» düyməsi, növbə vaxtı və son əməliyyatlar
Əməkdaşın ekranı«Giriş et» düyməsi, növbə vaxtı və son əməliyyatlar
Qeydlər: Bütün filiallar üzrə giriş və çıxışlar, gecikmə və cərimələr
QeydlərBütün filiallar üzrə giriş və çıxışlar, gecikmə və cərimələr
Analitika: Davamiyyət, vaxtında gəliş və filiallar üzrə müqayisə
AnalitikaDavamiyyət, vaxtında gəliş və filiallar üzrə müqayisə
Əmək haqqı: İşlənmiş saat, cərimə və ödəniləcək məbləğ
Əmək haqqıİşlənmiş saat, cərimə və ödəniləcək məbləğ
Reytinq: Əməkdaşların aylıq sıralaması və mükafatlar
ReytinqƏməkdaşların aylıq sıralaması və mükafatlar
Əməkdaşlar: Vəzifə, filial və cari vəziyyət
ƏməkdaşlarVəzifə, filial və cari vəziyyət

Kağız jurnalı əvəz edən həll

Davamiyyətə gündəlik nəzarət tam avtomatlaşdırılır.

Gecikmələr və cərimələr

İş qrafikinə əsasən hesablanır. Cərimə qaydaları şirkət tərəfindən müəyyən edilir.

Əmək haqqı cədvəli

İşlənmiş saatlar, cərimələr və mükafatlar bir səhifədə. Əməkdaş öz cədvəlini telefonunda görür.

İş qrafiki və növbələr

Həftəlik qrafik, növbə dəyişikliyi, məzuniyyət və icazə müraciətləri vahid sistemdə.

Məkan təsdiqi

Qeydiyyat yalnız filialın ərazisində qəbul edilir. Əlavə olaraq foto təsdiqi aktivləşdirilə bilər.

Oflayn rejim

İnternet bağlantısı kəsildikdə qeydiyyat telefonda saxlanılır və bərpa olunduqda avtomatik göndərilir.

Bildirişlər

İşə gəlməyən, gecikən və vaxtından əvvəl çıxan əməkdaşlar barədə dərhal məlumat verilir.

Ehtiyacınız olanı qoşun

Hər modul ayrıca aktivləşdirilir və tarifə daxildir. Söndürüləndə məlumat silinmir.

Ünvan tapşırıqları Yeni

Əməkdaşa ünvan və yoxlama siyahısı təyin edilir. Yerə çatanda məkan təsdiqlənir, hesabat şəkillə gəlir.

Əmək haqqı

Saatlıq tarif və ya aylıq maaş, avtomatik cədvəl və əməkdaş üçün maaş vərəqəsi.

Avans və tutulmalar

Əməkdaş tətbiqdən avans istəyir, rəhbər təsdiqləyir. Borc və tutulmalar maaşdan avtomatik çıxılır.

Planşet rejimi

Filialda ortaq planşet: əməkdaş şəxsi kodunu yazır və selfi ilə qeydiyyat edir.

Nahar növbəsi

Eyni anda fasilədə olanların sayı məhdudlaşdırılır, qalanlar sıraya düşür.

Eyni telefon aşkarlanması

Başqa əməkdaşın telefonundan edilən qeydiyyat avtomatik işarələnir.

Həftəlik əhval sorğusu

Anonim qısa sorğu və filiallar üzrə komandanın əhval göstəricisi.

Bal mağazası

Davamiyyət balları əməkdaş üçün imtiyazlara dəyişdirilir.

Ayın ən yaxşısı

Hər filialda ayın ən intizamlı əməkdaşı — kart və sertifikat.

Komanda hədəfi

Filial üzrə vaxtında gəliş hədəfi və komanda mükafatı.

Təşəkkür

Rəhbər əməkdaşa təşəkkür göndərir, istəyə görə bonusla.

Təbriklər

Doğum günü və iş ildönümündə əməkdaş tətbiqdə təbrik olunur.

Özünüz yoxlayın

Qeydiyyat tələb olunmur. Demoda nümunə şirkətin uydurma məlumatları var, hər gecə ilkin vəziyyətə qayıdır.

ILEN QR — davamiyyət

Admin paneli: qeydlər, analitika, əmək haqqı, qrafiklər.

İstifadəçiadminParoldemo2026
Demoya keç

Telefonu olmayan əməkdaşlar üçün planşet

Filiala bir planşet qoyulur. Əməkdaş şəxsi kodunu yazır, selfi çəkilir, giriş və çıxış qeydə alınır.

  • Şəxsi kod və selfiHər giriş və çıxış şəkillə saxlanılır, başqasının adından qeydiyyatın qarşısı alınır.
  • Bir planşet bütün filiala bəs edirKassa yanında və ya girişdə. Telefonla qeydiyyat edən əməkdaşlarla birlikdə işləyir.
  • Eyni qaydalarGecikmə, fasilə və cərimələr telefondakı kimi hesablanır, hesabatlarda «Planşet» kimi görünür.
  • Bir dəqiqəyə qoşulurİdarəetmə panelində kod alınır və planşetdə yazılır. Əlavə avadanlıq tələb olunmur.
Planşet rejimi: saat, filialda işdə olanlar və şəxsi kod üçün rəqəm düymələri

Planşet ekranı. Nümunə şirkətin məlumatları ilə.

ILEN-dən istifadə edən şirkətlər

Adlar yox — sahə və miqyas.

9filial
80+əməkdaş
Zoomağazalar
7 filial~35 əməkdaş
Geyim mağazaları
1 filial~30 əməkdaş
Pərakəndə mağazalar
1 filial~20 əməkdaş

Sahə üzrə qruplaşdırılıb. Rəqəmlər müştəri proqramlarından avtomatik götürülür, əməkdaş sayı yuvarlaqlaşdırılır.

Kimlər üçün uyğundur

Növbə ilə və ya filiallarda işləyən hər komanda üçün. Məsələn:

Kafe şəbəkəsiRestoranGözəllik salonuKlinikaAnbar və logistikaAptekSupermarketAvtoservisOtelİdman zalıTikintiXidmət şirkətiOfisİstehsalatTəhsil mərkəzi

Tariflər filial və işçi sayına görə

Start
25 ₼/ay
2 filial · 30 işçi
Business
39 ₼/ay
3 filial · 50 işçi
Pro
59 ₼/ay
5 filial · 100 işçi
Premium
99 ₼/ay
10 filial · 250 işçi
Enterprise
Razılaşma ilə
10-dan çox filial və 250-dən çox işçi üçün. Qiymət, limitlər və inteqrasiyalar fərdi razılaşdırılır.
Əlaqə saxlayın

Deaktiv edilmiş və işdən çıxmış işçilər ödənişə daxil deyil.

Kalkulyator və bütün tariflər

Tez-tez verilən suallar

Əməkdaşın smartfonu yoxdursa?

Brauzeri olan istənilən smartfon kifayətdir. Smartfonu olmayan əməkdaşlar üçün filialda ümumi planşetdən qeydiyyat təşkil edilə bilər.

Əməkdaş başqa yerdən qeydiyyat edə bilərmi?

Xeyr. Sistem telefonun məkanını yoxlayır və qeydiyyat yalnız filialın ərazisində qəbul edilir.

Tətbiqi necə quraşdırmaq olar?

App Store və ya Play Market tələb olunmur. Əməkdaş keçidi açır və tətbiqi bir dəfə telefonun ana ekranına əlavə edir.

Məlumatlar harada saxlanılır?

Bulud serverlərində, hər müştəri üçün ayrıca və şifrələnmiş şəkildə. Gündəlik ehtiyat nüsxə alınır.

Müraciət edin

Formu doldurun, mütəxəssisimiz sizinlə əlaqə saxlayaraq sistemi şirkətinizin filialları üçün hazırlayacaq.

Müraciət edin
Necə işləyirEkranlarİmkanlarModullarDemoTariflərSuallarƏlaqəAbunə kabineti
Bizi izləyin